• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.10.2025 11:48

BDYPİ motosiklet və moped sürücülərinə çağırış edib

Sayı sürətlə artmaqda olan moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində cari ilin 9 ayı ərzində 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Dövlət Yol Polisi İdarəsi bu tip nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamağa çağırıb.