• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 12.08.2023 19:34

Təkrar əkin niyə önəmlidir?

KepezTV Player

Son illər kənd təsərrüfatı sahəsində təkrar əkinə xüsusi diqqət yetirilir. Bəs təkrar əkin nəyə görə önəmlidir, fermer üçün xeyri nədən ibarətdir? Bu sualların cavabını qarşıdakı süjetdə alacaqsınız.

Yay dövründə taxıl biçinindən dərhal sonra təkrar əkin aparılır. Bu, artıq son illər ənənə halını alıb. Göygöl rayonunda da suvarılan ərazilərdə fermerlər payızlıq əkinlərə qədər ikinci məhsul əkinini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir. Eyni zamanda, günəbaxan və darı kimi bitkilər də ikinci əkində becərilir. Təkrar əkinin bir çox üstünlükləri var. Ən əsas da kəndliyə əlavə gəlir gətirir və heyvandarlıqla məşğul olan fermerlərin qışlıq yem tədarükü üçün böyük əhəmiyyət daşıyır.

Təkrar əkinin hansı bitkinin yerində əkilməsi, becərilmə vaxtı çox vacibdir. Bu, eyni fəsildə ikinci əkilən bitkinin məhsuldarlığına təsir edir.

Təkrar əkinin torpağa da müsbət təsiri var. Proses gələcək mövsüm üçün taxılın bol olmasına şərait yaradır.

İkinci əkin aparılan zaman dövlət tərəfindən fermerlərə yaz və payız əkinlərində olduğu kimi maddi dəstək də göstərilir. Ötən il təkrar əkin üçün hər hektara görə əkinçiyə 86 manat subsidiya ödənilirdisə, cari il bu məbləğ artırılıb.

Bu il Göygöldə taxıl biçinindən sonra 150 hektardan çox sahədə təkrar əkin həyata keçirilib. Fermerlər eyni fəsildə arpa və buğda ilə yanaşı 75 hektar qarğıdalı, 60 hektar günəbaxan və 16 hektar darı bitkisi becərərək ikinci dəfə məhsul əldə edəcəklər.

Fərid Mehdiyev