Prezident İlham Əliyev bir sıra sərəncamlar və qanun imzalayıb
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması ilə bağlı Sərəncam imzalayıb. Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərində yaradılacaq parkın məqsədi regionun təbii sərvətlərinin və biomüxtəlifliyinin qorunması, ekoloji tarazlığın bərpası və ekoturizmin inkişafıdır. Digər Sərəncamla Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyində yaradılıb. Kompleksin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri xərclər dövlət büdcəsində nazirlik üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək. Dövlət başçısı, həmçinin Azərbaycanla Birləşmiş Millətlər Təşkilatının İqlim Katibliyi arasında İqlim Həftəsi- 4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair Anlaşma Memorandumunun təsdiqi haqqında qanunu imzalayıb.Sənədlər 2026-cı il sentyabrın 1-də Bonn və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanmışdı.
- Baxış: 44
