Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2026 17:30
Məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib
Qax rayonunun Zəyəm kənd tam orta məktəbində IX sinifdə oxuyan iki şagird arasında tənəffüs zamanı mübahisə baş verib. Nəticədə şagirdlərdən biri digərinə xəsarət yetirib. TƏBİB-dən verilən məlumata görə, 2012-ci il təvəllüdlü yeniyetmə oğlana baş-beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda onun müalicəsi davam edir, vəziyyəti stabildir. Hadisə ilə bağlı araşdırma aparılır.
- Baxış: 45
