• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1356
— 01.10.2020 20:39

Azərbaycanın enerji infrastrukturu atəşə tutulur

KepezTV Player

Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl və Naftalanı elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb. Energetika Nazirliyinin məlumatına görə, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədinin 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır. Bu gündən Beyləqanın 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdamın 1 kəndi və 5 qəsəbəsi təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.