• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 24.02.2018 16:19

Təsərrüfatların birləşdirilməsi mənfəətlə nəticələnib

KepezTV Player

Yeni tərəvəz məhsullarının əkilməsi və xarici əlaqələrin qurulması. Kənd Təsərrüfatı nazirliyi tərəfindən ötən il 3 təsərrüfatın birləşdirilməsi nəticəsində yaradılan Göygöl Kənd Təsərrüfatı İstehsalatı Müəsisəsinin hesabat dövründə əldə etdiyi 240 min manatlıq gəlir buna imkan verir.

Gələn gəlir hesabına müəssisədə işçilərin sayı 17 nəfər artaraq 35-ə çatıb, əsaslı təmir işləri də aparılıb, yol kənarlarına 2 minə yaxın ağac əkilib.

Bəylər Məmmədov briqadir:Yeni işçilərimiz var. İşçilərimiz işləyir. Yaxşıda münasibət var. İnkişafda gedir. Mal-qarada artır.

Rza Mehdiyev naxırçı:“İşimiz lap yaxşıdır. İşçi qüvvəmiz çoxdu. Təsərrüfatımızda böyüdükçə işçi qüvvəsi də artır.

Buna imkan verən isə ötən il təsərrüfatda ilk dəfə olaraq 400 ha əraziyə əkilən taxıldan götürülən 1400 ton məhsuldan 300 tonunun güzəştli şərtlərlə fermerlərə satılması olub. Eləcə də müəssisədə saxlanılan 228 baş zebu cinsindən 20-i, 117 camışdan isə 15-i təsərrüfatçılara satılıb. Gəlirin əldə edilməsinə ötən il müəsisənin 44 ha-da əkilən şəkər çuğundurundan 1200 t yüksək məhsul götürülməsi səbəb olub ki, bu il ərazi 200 ha-ə çatdırılıb.

Rasim Şəfiyev Göygöl Kənd Təsərrüfatı İstehsalatı Müəssisəsinin direktoru:“Ziyanla işləyən bir təsərrüfat idi. Burada işçilər əmək haqqı da ala bilmirdilər. 2017-ci ildə mənfətimiz çox olduğu üçün 2016-cı ilin gecikmiş əmək haqlarının 24 min manatını verdik. Göygöl Kənd Təsərrüfatı İstehsalatı müəsisəsi işini uğurla davam elətdirir. Biz bütün kənarda qalan əkinə yararsız torpaqları yararlı hala gətiririk”.

Müəssisə xarici ölkələrlə alqı-satqı həyata keçirməyi də planlaşdırır. Əməkdaşlığın qurulacağı ilk ölkə olan Türkiyədə bununla bağlı ilkin razılıq əldə edilib.