• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 03.03.2021 16:01

"Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tuturlar"

KepezTV Player

Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. XİN-in mətbuat katibi Leyla Abdullayeva bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərlə bağlı sualı cavablandırarkən belə deyib. Niderland parlamentinin Xarici əlaqələr komitəsinin qəbul etdiyi qətnaməyə toxunan Leyla Abdullayeva vurğulayıb ki, bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.