Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Testlər təsadüfi seçilən əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. İlkin mərhələdə tədqiqatlara Bakı, Sumqayıt və Gəncədə başlanılıb. Seroloji testlərin nə üçün vacib olduğundan Orxan Cəfərzadə danışacaq.
Xəstəliyi gizli, yəni simptomsuz keçirənlərin sayı, virusdan ölüm faizi, əhalinin nə qədərində immunitetin formalaşması və immuniteti qazanan insanların yaş qrupları barədə məlumatların əldə edilməsi. Seroloji testlərin keşirilməsində əsas məqsəd budur. Hər bir vətəndaşın bu müayinələrdə iştirakının vacibliyi pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində dövlətə dəstək deməkdir.
ilə mübarizə strategiyasında seroloji testlər mühüm rol oynayır. Çünki xəstəlik dövründə koronavirusu simptomsuz keçirənlər olub. Həmin insanların sayını müəyyənləşdirmək hələlik mümkün olmasa da, seroloji testlər nəticəsində bunu müəyyən etmək mümkün olacaq.
Gəncədə seroloji müayinələr 6 N-li şəhər poliklinikasındakı xüsusi laboratoriyada aparılır. Bir həftəyə yaxındır ki, başlayan prosesdə 50-ə yaxın şəhər sakinindən qan nümunələri götürülüb. Ümumilikdə isə Bakı, Sumqayıt və Gəncədən 1650 şəxsin analoji müayinədək keçirilməsi planlaşdırılıb.
Səbinə Rüstəmova - həkim-laborant: Bu layihənin əsas məqsədi əhali arasında ümumcavab reaksiyası yoxlanlır. Bu analiz tamamilə təhlükəsizdir və öndənişsiz keçirilir. Qanda aparılan seroloji testlər vasitəsilə biz xəstələrdə artıq immunitetin formalaşdığını təyin edə bilərik. Həmin şəxslər arzu edərlərsə, qanın ümumi analizi də keçirilir. Seroloji testlərin aparılmasının məqsədi əhali arasında koronavirusa qarşı immunitet səviyyəsini yoxlamaqdır.
Seroloji testlər bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də ikinci dalğanın yayılmasına mane olmaq üçün təşkil edilib. Testlər təsadüfi seçilən şəxslər razılaşdıqları halda tibbi heyət tərəfindən həmin şəxslərin evinə yaxınlaşıb qan nümunələri götürülməklə aparılır. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat verilir. Müyinələrə 18-65 yaş qrupunda olan şəxslər cəlb edilir.
Şəfiqə Quliyeva - şəhər sakini: Sağ olsun dövlətimiz ki, belə bir kompaniya təşkil ediblər. Mənə də zəng olunub, çağırıblar. Mən də gəlmişəm burada iştirak edirəm. Qan analizi vermişəm. Özəl klinikalarda bu analiz çox baha başa gəlir. Amma bizim o qədər imkanımız yoxdur. Çox sağ olsunlar bizə bu müayinəni pulsuz etdilər. Cavab çıxdıqdan sonra biləcəyik ki, biz də virus var, ya yox. Bundan sonra rahat olacağıq.
Bu analizlər immunitet xəritəsini təyin etmək baxmından vacib amil olaraq qarşıya qoyulub. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.
- Baxış: 338