• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 11.12.2020 16:19

Qazilər diqqətdən kənarda qalmır

KepezTV Player

Baş leytinant Mətin Abdinov vətən müharibəsində könüllü olaraq cəbhə yollanıb. Qarabağın işğaldan azad edilməsi uğrunda qaynar nöqtələrdə öz bölüyü ilə vuruşub. Ermənilərə ağır zəbələr endirərək canlı qüvvələri və texnikalarını sıradan çıxarıblar. Gəncə şəhər İcra hakimiyyətinin başçsı Niyazi Bayramov qəhrəman baş leytinantın evində olub, onunla söhbət edib, qayğıları ilə maraqlanıb. Qəhrəman zabitimiz Fizuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabırın 19-da ağır döyüşlərin birində yaralansa da tabeliyində olan əsgərlərini döyüş meydanında qoyub çıxmayıb. Şuşa uğrunda gedən döyüşlər zamanı yanında partlayan mərminin qəlpələrindən ağır yaralanıb və hazırda müalicə alır.

Mətin Abdinov - qazi: Cənab ali baş komandanın bizim üzərimizdə olan daim diqqəti hiss etdim. Bizim üzərimizdə olan marağı, sevgini hiss etdim. Onlar daim bizim yanımızda olduqlarını hiss elətdirdilər. Mən bununla qürur duydum. Mən özümdə daha da fərəh hissi duydum ki, mənlə maraqlanan insanlar var. Bu mənim üçün böyük şərəfdi, qürur hissidir. Mən ali baş komandana təşəkkür edirəm. 

Turqut Ələkbərov qəhrəman qazilərimizdən biridir. O, da könüllü olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda cəbhəyə yollanıb. İgid əsgərimiz vətən müharibəsində şərəfli döyüş yolu keçib. Cəbhədə qəhrəmanlıq göstərib, döyüşçü yoldaşları ilə ermənilərə sarsıdıcı zərbələr vurub. Murov dağ, Hadrud istiqamətlərində gedən döyüşlərdə iştirak edərək adını vətən müharibəsi tarixinə yazıb. Turqut Ələkbərov Füzulu uğrunda gedən döyüşlərdə minaatan qəlpəsindən ağır yaralanıb. Bu qəhrəman qazi ilə görüşən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Turqut Ələkbərovun ailəsinin qayğıları ilə maraqlanıb.

Turqut Ələkbərov - qazi: Yoldaşlar yaralanandan sonra çıxartdılar. Xəstəxanaya apardılar, orada da yaxşı baxdılar. İndi evə gətiriblər həkimlər gedib gəlir baxırlar. Çox sağ olsun ali baş komandan gəlib baxırlar, hər şey gözəldi.