• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 11.12.2020 16:22

Karantin qaydalarına əməl etməyən müəssisə aşkarlandı

KepezTV Player

Gəncədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir. Polis əməkdaşları bu dəfə idarə, müəssisə və təşkilatlarda qoruyucu vasitələrdən istifadəyə nəzərət ediblər. Qaydalara əməl olunmayan müəssisə aşkarlanıb. Ətraflı növbəti videomaterialda.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki dövlət və özəl sektora məxsus qurumlarda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirirlər. Yoxlamaların növbəti ünvanı “Gəncə Əlvan Metal Emalı” Açıq Səhmdar Cəmiyyəti olub. Araşdırmalar zamanı müəssisənin girişində dezinfeksiyaedici məhlullar və hərarət ölçən cihazlardan istofadə olunmadığı aşkarlanıb.

Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının da iştirak etdiyi yoxlamalar zamanı həmçinin Gəncə Cihazqayırma Zavoduna baxış keçirilib. Sosial məsafənin qorunması, tibbi maskadan istifadə diqqət mərkəzində olub. Polis əməkdaşları sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyini məsul şəxslərin, eləcə də işçilərin diqqətinə çatdırıblar.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Bu yoxlamaları keçirməkdə məqsəd vətəndaşları tibbi maskadan istifadəyə etməyə cəlb etmək və sosial məsafəni qorumaqdan ibarətdir. Əgər hər hansı bir qanun pozuntusu aşkarlanmasa belə vətəndaşlarala proflaktiki söhbətlər aparılır yoxdursa müvafiq tədbir görülür.

Polis əməkdaşları bu istiqamətdə yoxlamaları davam etdirirlər.