Ford şirkəti Mustangın başlanğıc versiyası üçün alıcılara 2.3L High Performance Package paketi təklif edir. Buraya Focus RS-dən EcoBoost turbomotoru, tormoz, aerodinamik elementlər və Mustang GT-dən 8 silindrli asma komponentləri daxildir. Yeni Ford Mustang Ford Performance bölməsinin 5 əməkdaşı tərəfindən keçirilmiş eksperimental layihənin nəticəsi əsasında ərsəyə gəlib. Seriyalı kupeyə turbomotorun quraşdırılması və üstü açıq modifikasiya adaptasiyası 10 ay vaxt aparıb. Maslkarın xüsusi versiyasının aqreqatı markanın Valensiyadakı zavodunda gücləndirilib. 2,3 litrlik EcoBoost 335 at gücü verir və dəqiqədə 2500-5300 arası dövr edə bilir. O, 9 diapazonlu avtomatik və ya 6 pilləli mexaniki sürət qutusu ilə işləmək iqtidarındadır. Belə mühərriklə Mustang 97 km/saat sürəti 4,5 saniyəyə yığır. Maksimal sürətsə 250 km/saata çatır. Turbomotorla yanaşı yeni idman paketə 4 borulu aktiv eqzoz sistemi, 4 porşenli supportları olan tormoz, eləcə də qalın stabilizatorlar da aid edilib. Sükanın elektro gücləndirici işi, anti kilid sistemi, maqnitoreoloji amortizatorlar və stabilizasiya təkmilləşdirilib. Arxa oxda özü kilidlənən differensial quraşdırılıb. Bu Ford Mustang xarici görünüşdən təkmilləşmiş ön splitter, tormozları soyudan əlavə hava qəbulediciləri və kiçik arxa spoylerinə görə fərqlənir. Amerika dilerlərində yeni Mustang yazın sonlarında peyda olacaq.
- Baxış: 1179