• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 11.04.2019 20:11

Qızılcaya qarşı peyvənd olunanların sayı açıqlanıb

KepezTV Player

Qızılca və məxmərək infeksion xəstəliklərdəndir və onun insana keçmə risqi daha çoxdur. Məhz bunun üçün də bu xəstəliklərə qarşı peyvənd vacib olan amildir. Gəncədə martın 6-dan başlanılan peyvəndləmədə 5 mindən artıq şəxs könüllü iştirak edib.

Almaz Tomiyeva - Gəncə Şəhər GEM-in şöbə müdiri: Qızılca məxmərək hadisəsi baş verərsə, hamilə qadınlar tutularsa onların uşaqların da xüsusi qüsurlar korluq, karlıq yaranır. Bununla əlaqədar olaraq əhali bilməlidir ki, peyvənd olunmalıdır. Qızılca keçirilmiş şəxslərdə peyvən olunmağa ehtiyac yoxdu. Əgər naməlumdusa qızılca peyvəndi olunmaılıdır. Yaxşı olar ki, bütün əhali bu turda iştirak etsin.

Ölkədə qızılca və məxmərəyə qarşı aparılan peyvəndləmə kampaniyası çərçivəsində Gəncəyə 7 min doza peyvənd göndərilib. Şəhərin 15 səhiyyə ocağında yaradılan peyvənd otaqlarında indiyə kimi 10-11 yaş arası 245, 11-17 yaş arası 2477, 18-40 yaş arası isə 2744 nəfər adıçəkilən xəstəliklərə qarşı peyvənd olunub.

Zərnişan Musayeva - valideyn: Çağırmışdılar, peyvəndin vaxtı idi. Qızım 4 aylıqdı. Peyvənd olundu

Gülnarə İbrahimova - valideyn: 9 yaşında bir uşağımı, 12 yaşında isə o biri uşağımı gətirmişəm. İksidə peyvənd olunub.

Vüsal Rəşidov - sakin: 27 yaşım var. Məndə qızılca məxəmərəyə görə gəlmişəm. Peyvənd vurdular.

Sahə həkimləri qızılcaya qarşı peyvənd olunmayan sakinləri peyvəndə dəvət edir. Həkimlərin sözlərinə görə peyvənd olunanlar qızılca eləcə də məxəmərk xəstəliyinə tutulmur. Və ya çox yüngül formada keçirirlər.

Tükəzban Məmmədova - həkim: Mütamadi olaraq əhali gəlir. Tibb bacılarımız sahələrə gedir. 20-40 arası əhali kütləsini qızılca və məxmərək əleyhinə peyvəndə dəvət edirik. Mütamadi olaraq gəlirlər gündə 50-100 nəfər peyvən olunur”.

Afət Həsənova - həkim: Bütün peyvəndə gələn uşaqlar poliknikada müayinədən keçir. Bütün ixtisas həkimləri onları müayinədən keçirir. Eyni zamanda laborator müayinədə olur. Bununla yanaşı valideynlərin şikayətlərini də nəzərə alırıq. Əgər uşaqda qan azlığı olursa qanin müayinəsi həyata keçilir. Digər problemləri varsa onları da həmin şikayətlətə uyğun yönəldirik ki, müayinədən keçsin ki, sonra peyvənd edək.

Peyvənd olunanlar üç gün ərzində həkim nəzarətində saxlanılır. Peyvəndin əlavə təsirlərinin olub olmaması təyin edilir. Hazırda Gəncə şəhərində qızılca və məxmərək xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.

 

Elnur Vahidoğlu