• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1831
— 11.03.2019 15:57

20-40 yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılır

KepezTV Player

Martın 5-dən başlayan qızılca və məxmərək xəstəliklərinə qarşı peyvəndləmə aksiyasında 20-40 yaş arası əhali qrupunun imunlaşdırılması nəzərdə tutulub. Tibbi aksiya üçün Gəncədəki 5 poliklinikada xüsusi otaqlar yaradılıb. Azərbaycanla qonşu ölkələrdə adı çəkilən xəstəliyə yoluxma hallarının artması peyvəndləməyə vətəndaşların diqqətini cəlb edə bilib.

Aytən Əlizadə - Gəncə sakini: 25 yaşım var. Mən qızılca keçirməmişdim. Bununla bağlı eşitdim ki yaşadığım ərazi üzrə poliklinikada vaksin vurulur və müraciət elədim. Çox sağ olsunlar həkimlər məni peyvənd etdilər. Heç bir problem yoxdur.

Sevinc Qurbani - Gəncə sakini:Eşitdim ki aksiya var poliklinikada. Gəlib iştirak etdim. Heç bir narahatçılığım yoxdur, çox təşəkkür edirəm.

Poliklinikalarda vurulan peyvəndlə yanaşı əhali maarifləndirilir də. Aksiyaya vətəndaşların sağlamlığı baxımından qatılmasını təmin etmək üçün.

Səringül Abdullayeva - həkim: Sahə həkimlərimizə göstəriş vermişik. Sahə həkimlərimiz, tibb bacılarımız aktiv olaraq sahələrə gedir. Əhalimizi qızılca, məxmərəyə qarşı könüllü olaraq vakin olunmağa dəvət edirlər. Az müddət olmağına baxmayaraq çox sayda vətəndaş müraciət edib.

Gün ərzində hər poliklinikada 50-dən çox vətəndaşın peyvənd edilməsi mümkündür.

20-40 yaş arası vətəndaşlar üçün nəzərdə tutulan qızılca və məxmərəyə qarşı peyvəndləmə gün boyu aparılır. Əgər hər hansı bir vətəndaşın vaxtı ilə vaksin olnduğu yadından çıxıbsa və ya xatırlamırsa növbəti dəfə peyvənd oluna bilərlər.

Heç bir əks təsirləri olmayan peyvənd aksiya başlayandan 300-dən artıq sakinə vurulub.