• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 05.10.2018 10:15

Skoda ilk dəfə RS-krossover təqdim etdi

Skoda şirkəti Kodiaq gücləndirilmiş RS avtomobili ilə bağlı bütün sirləri açıb. Krossover Çexiya markasının tarixində ən güclü dizel motor qazanıb. Təchizatda tam ötürücü, adaptive amortizatorlar və motorun səsini dəyişən Dynamic Sound Boost-a rast gəlmək olar. Yeni Skodanın kapotu altında 2,0 litrlik 240 at güclü biturbodizel mühərrik qərarlaşıb. Bu aqreqat Volkswagen Tiguan-da işlədilir. Motor robotlaşdırılmış 7 pilləli sürət qutusu ilə birləşir və ilk yüzü 7 saniyəyə yığır. Kodiaq RS-in maksimal sürəti 220 km/saat təşkil edir. Krossoverin daxilində rəqəmsal alətlər paneli, dəri və alkantardan idman oturacaqlar, multisükan, smartfonları naqilsiz enerji ilə təmin edən sistem və əlavə üçüncü cərgə oturacaqlar var.