KepezTV Player
Tovuz sakininin evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər evdə heç kimin olmadığını fürsət bilərək rayon sakini İlham Ələkbərovun mənzilini qarət ediblər. Zirzəmidəki linglə pəncərə barmaqlıqları sındırılıb, evdən içərisində 6 min dollar, 700 manat və 15 min manatlıq qızıl-zinət əşyaları olan seyf oğurlanıb. "Çağırılmamış qonaqlar" digər otaqlarda da axtarış aparıblar, amma bahalı əşyaların heç birinə toxunmayıblar. Ev sahibi Tovuz Mərkəzi Rayon Xəstəxanasının stomatoloqudur. Tovuz Rayon Polis Şöbəsində faktın araşdırılmasına başlanılıb.
- Baxış: 676