Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Polis əməkdaşları tərəfindən rayonun Şahağacı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, kənd sakini Xosrov Rüstəmovun icarəyə götürdüyü torpaq sahəsinə keçirilən baxış zamanı qulluq göstərərək becərdiyi 40-180 santimetr hündürlüyündə 52 ədəd ümumi təmiz çəkiləri 10 kiloqram 250 qram olan becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülüb. Faktla əlaqədar Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirir.
- Baxış: 450