Kütləvi informasiya vasitələrinin nümayəndələrinin Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" gömrük postuna media turu təşkil edilib. Gömrük prosedurlarının vahid avtomatlaşdırılmış İdarəetmə sistemi ilə idarə olunması, sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları ilə tanışlıq olub.
Kütləvi informasiya vasitələrinin nümayəndələri öncə idxal nəzarət xəttində həyata keçirilən prosesləri izləyiblər. Burada ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin "Sərhədkeçmə vaxtının ölçülməsi" layihəsinin tətbiqi ilə gömrük ərazisinə daxil olması və ərazini tərk etməsi hər hansı insan amili olmadan avtomatlaşdırılmış qaydada tənzimlənir. 10-15 dəqiqə davam edən proses zamanı avtomobilin çəkisi müəyyən edildikdən sonra avtomobilə gömrük baxışı keçirilir və "bir pəncərə" sistemi vasitəsilə sənədləşmə prosesi başa çatdırılır. Fiziki- baxış keçirildikdən sonra mexaniki – elektron kilidlə (GPS qurğuları) təmin edilən nəqliyyat vasitəsi daha sonra təyinat gömrük orqanına yola salınır.
"Sınıq Körpü" gömrük postunda hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması, qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının, spirtli içkilərin və siqaretlərin gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsi bəzi hallarda sıxlığn müşahidə olunmasına səbəb olur.
Hazırda "Sınıq Körpü" gömrük postunun buraxılış potensialının artırılması ilə bağlı yenidənqurma işləri aparılır
- Baxış: 597