Samux rayonunda 10 minə yaxın əhalinin gediş gəlişini yaxşılaşdırmaq məqsədilə Çobanabdallı-Lək-Əlibayramlı avtomobil yolunun əsaslı təmiri aparılır. Sovet dönəmində salınan yol uzun müddət baxımsız olduğundan tamamilə yararsız vəziyyətdə idi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşası aparılan yol 4-cü texniki dərəcəyə uyğundur. 18 km uzunluğunda olan yolun Şəmkir Maşın Kanalı və Gəncəçay üzrəindən keçən hissələrindəki körpülər də əsaslı təmir olunub. Yeni yol Çobanabdallı, Lək və Əlibayramlı kəndində yaşayan sakinlərin Gəncə şəhərinə, eləcə də rayon mərkəzinə rahat və təhlükəzi gedib gəlməsinə imkan verəcək.
Ədahim Abdiyev - sakin: Yolumuzun bərbad vəziyyətdə olması səbəbindən harasa gedib gəlmək çox çətin idi. Kənd yeridir meyvə tərəvəzmizi, qatıq südümüzü bazara apara bilmirdik, çox çətinlik çəkirdik yol sarıdan. İndi yollarımız düzəlir çox yaxşıdır.
Elfaq Nərimanlı - sakin: Əvvələr yolumuz pis gündə idi. Yeni çəkilən yoldan istifadə edirik avtomobillərimizin, texnikalarımızın təmirindən canımız qurtarıb. Yol həmdə kənd sakinlərini rahat gediş gəlişinədə şərait yaradır.
Bu ilin mart ayında start verilən işlərin bir neçə günə kimi yekunlaşdırılması nəzərdə tutulur. Bundan sonra yolun xəttlənməsi və nişanlarını qoyulması təmin oluanacaqdır.
Xaliq Qurbanlı
- Baxış: 1177