KepezTV Player
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən 5 nəfər saxlanılıb. Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
- Baxış: 602