• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 25.03.2022 20:02

Müdafiə nazirləri arasında telefon danışığı olub

KepezTV Player

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub. Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.