• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 28.03.2016 16:10

Gəncədə yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib

Gəncə Olimpiya İdman Kompleksində Novruz bayramı münasibətilə yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib. Gəncə şəhər Gənclər və İdman baş idarəsi ilə Azərbaycan Güləş Federasiyasının 7 saylı nümayəndəliyinin təşkil etdiyi yarışda 2002-2004-cü il təvəllüdlü güləşçilər düşək üzərinə çıxıb. 16 çəkidə qaliblərin müəyyənləşdiyi birincilikdə 200-ə yaxın yeniyetmə pəhləvan qüvvəsini sınayıb. Yarışda Nizami yurdunun TİM, 1 və 2 saylı UGİM, Dinamo və Zenit idman cəmiyyətlərinin, həmçinin Gənclər və İdman baş idarəsinin güləşçiləri mübarizə aparıb.

Orxan Cəfərzadə