Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Şəhriyar küçəsində qeydə alınıb. "Ford Transit" markalı yük avtomobili yolu keçən piyadanı, 83 yaşlı Qəmbər Yusifovu vurub. Ağır bədən xəsarətləri alan Q. Yusifov təcili yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində də qəza qeydə alınıb. 57 yaşlı Məlahət Səfərəliyeva yolu keçmək istəyən zaman onu "Mercedes" markalı minik avtomobili vurub. Xəsarətlər alan piyadanı sürücü özü 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.Müayinə zamanı Məlahət Səfərəliyevanın sınıq xəsarətləri olması müəyyən edilib. Xəstəxandan polisə məlumat verilib. Sürücü polis idarəsinə aparıblar. Daha bir qəza Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib. Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 34 yaşlı Usubəli Nuruşovun idarə etdiyi “Merсedes” markalı avtomobil “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “Merсedes”in sürücüsü ağır xəsarətlərlə Şirvan mərkəzi şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.“KamAZ”ın sürücüsü avtomobillə hadisə yerindən qaçıb. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 441