• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 06.10.2017 14:17

Şəmkirin dağ kəndində tibb məntəqəsi istifadəyə verilib

KepezTV Player

Yaponiya hökümətinin maliyyə dəstəyi ilə Şəmkirin Atabəy kəndində tibb məntəqəsi üçün yeni bina inşa olunub. Azərbaycanla Yaponiya arasında işgüzar münasibətlər və qarşılıqlı əməkdaşlıq çərçivəsində bu rayonda 5 layihə reallaşıb. İrmaşlı, Sabirkənd və Əlsəgərli kəndlərində tibb ocaqlarının maddi texniki bazası möhkəmləndirilib. Dəllər qəsəbəsində və 3 kənddə su təchizatı yaxşılaşdırılıb. Atabəy kəndində tibb məntəqəsinin inşası sayca altıncı layihədir.  7 aya ərsəyə gələn bina 5 otaqdan ibarətdir. Burada mama-ginikoloq, stomatoloq, peyvənd otaqları və palata yaradılıb. Yaponiyanın Azərbaycandaki səfiri Teryuki Katori sosial sahəni əhatə edən layihələrin davam edəcəyini bildirib.

Teryuki Katori - Yaponiyanın Azərbaycandakı səfiri: "Yaponiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasından 25 il ötür. Bu müddət ərzində hər iki ölkə arasında sıx münasibətlər yaranıb və 220-dən çox layihə icra olunub. Bu layihələrdən Şəmkirə də pay düşüb. Xüsusi ilə dağ kəndlərində bu işlərin görülməsi bizi sevindirir. Bundan sonrada bu istiqamətdə öz töfhəmizi verməyə hazırıq".

 

Natiq Hüseyn