• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 16.09.2017 15:16

Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçiriləcək

KepezTV Player

Sabah Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçiriləcək. Nizami yurdu “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. Yarışa qeydiyyat artıq dünəndən başa çatıb. Təşkilat komitəsindən verilən məlumata görə, marafon üçün 11 000 nəfər qeydiyyatdan keçib. Bu, rekord rəqəm hesab olunur. Müqayisə üçün xatırladaq ki, Bakı marafonuna ötən il 7200, bu il isə 13 300 nəfər qatılıb. Gəncə marafonunda xarici ölkə vətəndaşları da start xəttinə çıxacaq. Belə ki, Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxstan, Ukrayna, İngiltərə, İspaniya və İtaliya təmsilçiləri marafon üçün qeydiyyata düşüb. Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Gəncə Marafonu 17 kilometrlik məsafəni əhatə edəcək.