KepezTV Player
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi həyatları təhlükə altında olan balıqçılar Xəzər rayon Türkan qəsəbə sakinləri 40 yaşlı Seyfulla Quliyev və43 yaşlı Xeyrulla Quliyevi xilas edib. Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb. Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə 29 iyun 2017-ci il tarixdə, saat 13:30 radələrində məlumat verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 573