Şəhərin ictimai işlərində, aidiyyəti üzrə təşkilatı məsələlərin icrasında fəallıq göstərənlər Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi ilə əlaqədar təltif olunub. Bu münasibətlə bir araya toplaşan gənclərin nəinki şəhərin, ölkənin həyatında oynadığı rol təqdir olunub. Partiya sıralarına cəlb edilən gənc nəslin nümayəndələrinin Azərbaycanın inkişafı, ölkənin çiçəklənməsi, müstəqilliyin qorunması istiqamətində yürüdülən siyasətə dəstək olduqlarına diqqət çəkilib. Əldə olunan uğurlarda yerli partiya təşkilatlarının da əməyindən söz açılıb. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 20 min nəfərdən çox gənc üzvü də ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın prinsiplərinə sadiqdir.
Elton Cabbarlı
- Baxış: 790