• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 06.08.2024 18:55

Gəncədə yanğın baş verib

KepezTV Player

Gəncə şəhərinin Vaqif küçəsindəki köşkdə qəfildən alovlanma başlayıb. Hadisə yerinə FHN-in Gəncə Regional Yanğından Mühafizə İdarəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. Yanğın zamanı köşkün üzərindən keçən elektrik kabelləri də yanaraq sıradan çıxıb. İlkin versiyaya görə, yanğına peraşki bişirilən köşkdə olan maye qaz balonu səbəb olub.