• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 30.03.2024 16:48

Universitetin şəhid məzunlarının xatirələri əbədiləşdirilir

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsi məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində Universitetin mühəndislik fakültəsinin şəhid məzunu Rəvan Daşdəmirovun xatirəsinə həsr olununan film hazırlanıb. Filmin baş tutan təqdimatında şəhidin ailə üzvləri, döyüş yoldaşları, həmçinin universitet rəhbərliyi və tələbələr iştirak edib. Ekran işində şəhidin döyüş yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən söz açılıb. Layihə çərçivəsində universitetin digər şəhid məzunlarının ailələri, dostları, döyüş yoldaşlarının iştirakı ilə sənədli filmlər hazırlanır.

Pərvin Abbaszadə