KepezTV Player
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin qalibi olub. Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv 2 qızıl, 1 bürünc medalla buna nail olub. Komandamızın heyətində Ülvi Qənizadə və Sənan Süleymanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov üçüncü yeri tutub. Murad Məmmədov , Murad Əhmədiyev və Beka Kandelaki isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar. Sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında 4-cü olub. Qadınlardan ibarət milli isə 31 xalla 12-ci pillədə qərarlaşıb.
- Baxış: 172