• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 22.11.2023 11:24

Bakıda xeyli sayda silah-sursat tapılıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı aşkar edilən sursatların 2 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu, 2 ədəd AKM avtomatının darağı, 1 ədəd TT tapançasının darağı, 1 ədəd Makarov tapançasının darağı, 2 ədəd F-1 əl qumbarası, 10 ədəd CM-320 siqnal minası, 7 ədəd MUV-1, 180 ədəd kapsul detonator, 4 ədəd NSP siqnal patronu, 2 ədəd siqnal minası, 43 ədəd müxtəlif çaplı patron, 1 ədəd 7.62 mm-lik təlim mərmisi olduğu müəyyən edilib. Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupu tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.