Bakı Təşəbbüs Qrupunun idarə heyətinin Fransız Polineziyasından olan üzvü Ella Tokoraqi BMT-nin 4-cü Komitəsinin iclasındakı çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid edib. o, doğma xalqı ilə həmrəylik nümayiş etdirərək Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə Qoşulmama Hərəkatına minnətdarlığını bildirib. Doğma xalqının Fransız neokolonializmindən azad olması üçün mübarizəni davam etdirdiyini vurğulayan Tokoraqi deyib: “Biz Fransanı ölkəmin gələcəyi üçün ədalətli dialoq aparılması ilə bağlı məsuliyyəti dərk edərək öz mövqeyini açıqlamağa çağırırıq. Biz Fransa hökumətindən bütün təbii resurslarımız, o cümlədən eksklüziv iqtisadi zonamızla bağlı olan dəniz resurslarımız üzərində tam suverenliyimizi tələb edirik. müstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir”, - deyə Ella Tokoraqi qeyd edib.
- Baxış: 139