Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısına bildirilib ki, yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq, etibarlılığı və dayanıqlılığı təmin etmək məqsədilə inşa olunub. Azərbaycan Prezidenti Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzini işə salıb. Prezidentə məlumat verilib ki, rəqəmsal idarəetmənin tətbiqi və ya paylayıcı şəbəkələrin intellektual-rəqəmsal idarə olunması elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini, həmçinin müasir kompüter proqram sistemləri insan amili təsirinin aradan qaldırılmasını təmin edir.
- Baxış: 745