“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb”. Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, söhbət minlərlə insanın qalıqlarından getmir. Ermənistan işğal dövründə kütləvi məzarlıqlar barədə faktları gizlədir. Ceyhun Bayramov fevralın 4-də Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında keçirilən dördtərəfli görüşdən söz açaraq, müzakirələrin əsasən humanitar mövzuda olduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti bu platformadan istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə əməkdaşlıq etməməsi məsələsini qaldırıb. Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib.
- Baxış: 701