![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/hamam_2.jpg?itok=HLf-W7ZB)
Bu gündən etibarən Azərbaycanda hamamların fəaliyyət göstərməsinə icazə verilir. Bu, Nazirlər Kabinetinin dekabrın 11-də xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb. Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya xəstəlikdən sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.
- Baxış: 391