• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1336
— 08.12.2021 15:40

650-dən çox tibb işçisi təltif edilib

KepezTV Player

TƏBİB və Gəncə şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə vətən müharibəsində yaralanan əsgərlərə xidmət edən tibb işçiləri ilə görüş keçirilib. 44 günlük vətən müharibəsində arxa cəbhədə yaralılara yardım edən fədakar tibb işçilərinin  misilsiz xidmətlərindən danışılıb. Məhz həkimlərin sayəsində neçə-neçə yaralımız şəfa tapıb, sağlam həyata dönüblər. Vətən müharibəsində Gəncənin ümumilikdə dövlət və özəl tibb müəsisələrindən 650-ə yaxın tibb işçisi yaralılara xidmət etmək üçün səfərbər olub, gecə-gündüz dayanmadan xidmət göstəriblər. Tədbirin davamında TƏBİB-in İdarə heyyətinin sədri tərəfindən vətən müharibəsində yaralılara xidmət edən həmin tibb işçilərinə fəxri fərman, diplom və təşəkkürnamələr təqdim edilib.