KepezTV Player
Goranboy rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qızılhacılı qəsəbəsindəki çay evində müştərilərə qəlyan verildiyi məlum olub. Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı və 2 nəfər xidmət personalı barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.
Bundan başqa polis əməkdaşları rayonun Balakürd kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər. Mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
- Baxış: 449