KepezTV Player
Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb. Obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə 85 nəfər barəsində protokol tərtib edilib. Toy sahibləri, mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə araşdırmalar aparılır. İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır.
- Baxış: 553