• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 23.12.2020 16:25

Laçın uğrunda gedən döyüşlərdə yaralanan qazi

KepezTV Player

Vətən adı gələndə canından, sağlamlığından keçməyə hazır olan minlərlə oğullarımız var. Onlardan biri də torpaqlarımızın işğaldan azad olunmasında iştirak edərək qazi olan Şirin Musayevdir.

Kəlbəcər Rayonunda anadan olan 29 yaşlı Kiçik çavuş Şirin Musayev, Vətən Müharibəsi başlayandan Murovdağda, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunmasında iştirak edib. Laçın uğrunda gedən döyüşlərdə isə yaralanıb.

Şirin Musayev - qazi: Laçında yaralı əsgərini döyüş bölgəsindən uzaqlaşdırarkən özü də yaralanıb. Əsgər yoldaşlarının köməyi nəticəsində hərbi hospitala gətirilib. Agciyərimdə 8 qəlpə , başımda, alnımda kiçik qəlpələr var.

Şirin Musayevin heyifsləndiyi tək odur ki, doğulduğu Kəlbəcəri görə bilməyib, amma ən qısa zamanda ora geri qayıdacağı günü gözləyir. Uşaq yaşlarında tərk etdiyi doğma diyara igidimiz azyaşlı övladı ilə geri qayıdacaq. Doğma el-obasının işğal altında olması onu daim narahat edib. Elə buna görə də Şirin müddətdən artıq həbi qulluqçu olmağa qərar verib.

Paşa Musayev - qazinin atası: Oglu ilə fəxr edir cunki oglu ikinci Qarabağ müharibəsində iştirak edib. Rəsadətli ordumuz 44 gün ərzində torpaqlarə geri qaytarıb Ermənistan ordusunu darmadağın edib. Şəhidlərimizə Allah Rəhmət Eləsin.

Qazimizin ehtiyyatdaki polis mayoru olan əmisi Çingiz Mehdiyev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Onun silahdaşları ilə vaxtında edə bilmədiyini Çingiz kimi övladların bacardğını fəxrlə dilə gətirir.

Çingiz Mehdiyev - qazinin əmisi: Birinci Qarabağ müharibəsində iştirak edib fikirləşirdiki ki torpaqlarımız nə vaxt qayıdacaq? Allaha şükür qayıdıb.

Qazimizin doğma el-obasına bağlılığından Şirinin həyat yoldaşı da ağızdolusu danışır. Diqqət çəkən məqamlardan biri də Şirinin müharibəbə olarkən övladının dünyaya gəlməsidir.

Xatirə Musayeva - qazinin həyat yoldaşı: Yoldaşı döyüşlərə qatıldqdan sonra övladları dünyaya gəib. Yaralandıqdan sonra övladının xəstəxanada görüb. Allaha şükür ki evimizdədi.

Bəxtiyar Musayev - qazinin qardaşı: Qardaşı ilə fəxr edir Şəhid analarının əlindən öpürəm Qazilərimizə Allah şəfa versin Prezidentimizə can sağlığı versin. Çox sevinirəm ki qardaşım torpaqların azad olunmasında iştirak edib.

Şirin kimi minlərlə qəhrəman yetişdirib bu torpaq. Hansı ki, ölkəmizin ərazi bütövlüyü uğrunda düşünmənə sarsıdıcı zərbələr endirərək, onları torpaqlarımızdan qovub.