• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 30.11.2020 21:17

“Ağyoxuş” qızıl yatağı istismara verildi

KepezTV Player

“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılması üçün ilk addım atılıb. “Ağyoxuş” qızıl yatağı istismara verilib.

“Ağyoxuş” yatağının bütün mərhələlərinin icrası Çovdarİnteqrəolunmuş Regional Emal Sahəsində həyata keçiriləcək. Yataqda süxurlar ilk dəfə partladılıb və filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb. Buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.

Layihənin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək.100-dən çox daimi iş yerinin açılması planlaşdırılır.

Zakir İbrahimov “AzerGold” QSC-nin İdarə Heyətinin sədri: Əsas məqsəd istehsal prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə etmək, iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsidir.

Emal sahəsinin fəaliyyəti layihələrin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılmasına xidmət edəcək.“Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq.

Zakir İbrahimov “AzerGold” QSC-nin İdarə Heyətinin sədri: 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.

“Ağyoxuş”nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.Layihənin icrası ilə tanışılıq məqsədilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Çovdar Filiz Emalı Sahəsində olublar.