• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 30.11.2020 16:33

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə 50 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib. Yeni mənzillər 2 və 3 otaqlıdır. Evlərdən 14-ü şəhid ailələrinə, 36-sı isə Qarabağ Müharibəsi Əlillərinə təqdim edilib. Həmin kateqoriyadan olan vətəndaşlar üçün cari ildə rekord səviyyədə, 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin qayğısını yüksək qiymətləndiirblər. Sonda mənzillərin açarları və sənədləri sahiblərinə təqdim olunub. İlin sonunadək Gəncədə daha 103 ailəyə yeni mənzillər təqdim olunacaq.

Səadət Səfxanova şəhid ailəsinin üzvü:Ev növbəsindəyəm. Çox sevincliyəm. Sevincimin həddi-hüdudu yoxdur. Allah hamıya qismət eləsin. Evlə mənzillə təmin etdi, Allah prezidentimizin canını sağ eləsin. Allah onu Azərbaycan xalqının başının üstündən əskik eləməsin.

Vüsal Qurbanov Qarabağ qazisi:Müharibə insanlarına şəhid ailələrini Qarabağ Qazilərini mənzillə təmin eləyir avtmobil verir. Hər zaman diqqətdə saxladığını sübut edir. Allah orudmuzu başda Müzəffər Ali Baş Komandanımızı qorusun.

Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini:Gəncədə 2014-cü ilə kimi olanların hamısı bu il evlə təmin olunacaq. Növbəti illərdə isə hər şey asılıdır cənab prezidentin müvafiq göstərişindən və inventarlşadırmadan asılıdır.