• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 29.11.2020 09:17

Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib

KepezTV Player

İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib. Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.