• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 26.11.2020 20:51

DİN əhaliyə müraciət etdi

KepezTV Player

DİN COVID-19-la bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirlikdən qeyd olunub ki, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Ötən gün  polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin sərbəst hərəkət etmələri müəyyən olunub. Onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Barələrində cinayət işi başlanılıb. Nazirlik vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırır.