• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 23.11.2020 15:53

Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

KepezTV Player

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad edilib. Bunu Ermənistan parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan etirazçılarla görüşdə bəyan edib. **Bugün Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında itkin düşən hərbçilərin yaxınları etiraz aksiyası keçiriblər. Etirazçılar onları maraqlandıran suallara cavab almaq üçün sabiq müdafiə naziri David Tonoyanla görüş tələb ediblər. Onlar itkin düşmüş hərbçilərin aqibəti barədə məlumat almaq istəyirlər. Etirazçıların önünə Ermənistan parlamentinin “Mənim addımım” blokundan olan deputatı, parlamentin müdafiə məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan çıxıb. O bildirib ki, bu gün bir neçə saat sonra hökumət tərəfindən bu məsələ müzakirə olunacaq və bunun nəticələri barədə etirazçılar məlumatlandırılacaqlar.