• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 19.11.2020 11:46

Dağ otlaqlarımız da özümüzə qayıdır

KepezTV Player

İşğal altında olan torpaqlarımızın azad edilməsi nəticəsində dağ otlaqlarımız da özümüzə qayıdır. Laçın və Kəlbəcərdə otlaq sahələrinin daha çox olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib ki, bu, ölkədə ətçilik və südçülük sahələrinin inkişafına imkan yaradacaq. Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam isə əkinçilik üçün ən məhsuldar torpaqları olan rayonlardır. Bu torpaqlarda aqrar sahənin inkişafı üçün böyük imkanlar var.