• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 15.11.2020 15:00

Qanunsuz rayonlararası sərnişin daşıyanlar

KepezTV Player

Nazirlər Kabineti Yanında Operativ Qəragahın tələb və tövsiyyələrinə uyğun olaraq ölkə ərazisində bütün avtovağzalların fəaliyyəti dayandırılıb, rayonlararası sərnişindaşıma aparılmır. Qərb bölgəsində də avtovağzallar işləmədiyindən bəzi sürücülər qeyri-qanuni yollarla ətraf rayonlardan Gəncəyə, eləcə də paytaxt Bakıya sərnişin daşıyırlar. Gəncə polisinin şəhər ərazisində apardığı yoxlamalar zamanı bununla bağlı qanun pozuntuları müəyyən edilib. Yoxlamalar zamanı yaşanan digər məqamlar növbəti videomaterialda.

Şəhərin müxtəlif ərazilərini özləri üçün dayanacaq seçən bu mikroavtobusların sürücüləri sanki verilən qərardan xəbərsizdilər. Ölkədə koronavirus infeksiyanın sürətlə yayıldığı bir vaxtda hamının qaydalara əməl edilməsi vacib sayılsa da Gəncədən qərb istiqamətinə sərnişin daşıyan sürücülər bunu heçə sayır.  

Yoxlamalar zamanı pandemiyanı fürsət bilən sürücülərin gediş haqqını da süni şəkildə qaldırıdığı məlum olub. Sürücülər müxtəlif bəhanələrlə sərnişin daşımalarını inkar etməyə çalışsalar da sərnişinlər sükan sahiblərinin yalanlarını ifşa edir. 

Bununla belə qanunsuz sərnişin daşıyan sürcülərlə bir daha profilaktiki söhbətlər aparılıb, onlara qanunun tələbləri izah edilib.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Bu günkü tədbir zamanı əsasən Qərb bölgəsindən şəhərə gələn mikroavtobuslar aşkarlanaraq qanuna müvafiq tədbirlər görülüb. Bu tip tədbirlər bundan sonrada davam etdiriləcək.

Ümumilikdə araşdırmalar zamanı şəhərin müxtəlif ərazilərində istər payataxt Bakı, istərsə də ətraf şəhər və rayonlara qanunsuz sərnişin daşıyanaların çoxluq təşkil etdiyi müşühidə edilib. Bu səbəbdən Gəncə şəhər Baş Polis İdarəsi və tabeli orqanların əməkdaşları bu istiqamətdə yoxlamalarını davam etdirir.

 

Natiq Hüseyn