• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3988
— 21.09.2020 19:59

İşi asanlaşdıran səyyar avtobus

KepezTV Player

İşini asanlaşdırmaq istəyənlərin diqqəti bizdə olsun, ələxsus da Samuxda yaşayanların. Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin əlçatan olmasını hədəfləyən səyyar ASAN Xidmət bu rayondadır. Vətəndaşlar işini rahat və tez formada həll etmək üçün ASAN-nın avtobusunda təklif edilən xidmətlərdən yararlanırlar.

7 ildir xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda fəaliyyət göstərən ASAN-nın səyyar avtobusu sakinlərə yerində xidməti Samuxda davam etdirir. Xüsusilə də ölkədə koronavirusun yayılmağa başladığı bu ilin martından etibarət dayandırılan xidmət fəaliyyətini səyyar şəkildə bu rayondan da salıb. ((STAND UP)) Uzun müddətdir ki, pandemiya ilə əlaqədar olaraq Səyyar Asan xidmət qərb bölgəsində bir sıra rayonlara xidmət göstərmirdi. Ancaq 5 aylıq aradan sonra sərt karantin rejimi tətbiq edilən Samuxda ilk dəfə fəaliyyətə başlayıb.

Düzdür, Səyyar Asan bu regionda yay aylarında Şəmkir və Gədəbəydə olsa da, həmin ərazilər xüsusi karantin zonasına aid olmayıb. Bu gündən Samux şəhər Mədəniyyət evinin qarşısında sakinlərə xidmət göstərən avtobus oktyabrın 1-dək rayonda olacaq.

Mehrac Cabbarlı - Səyyar ASAN Xidmətin qrup rəhbəri: Xidmətin ilk günü olmasına və hava şəraitinin əlversiz olmasına baxmayaraq yağışlı hava hökm sürür hazırda vətəndaşların göslədiyimizdən də artıq müraciəti müşahidə olunur. Səyyar Asan Xidmətin göstərilməsində əsas məqsəd vətəndaşların əlavə xərclərinin, vaxt itkisinin qarşısının alınması, vətəndaş məmnunluğuna nail olunmasıdır ki, bu Səyyar Asan xidmət vasitəsi də Samux rayonunda xidməti fəaliyyətinin davam etdirir.

Samuxlular qarşıdakı 10 gün ərzində Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eləcə də Əmlak Məsələləri Dövlət xidməti olmaqla 4 dövlət qurumun xidmətlərindən yararlana biləcəklər. Xidmət sakinlərin işini xeyli asanlaşdırıb.

Raul Verdiyev - Samux sakini: Gəldim məni rahat qəbul etdilər. Anam mənə etibarnamə verdi. Bunu almaq istəyirdim. Eşitdim ki, Asan rayonumuza gəlib. Çox sağ olsunlar ki, bizi rahat yola salırlar. Şəhərə gəlmirik. Vaxtla əlaqədar uzun müddətdən bəri getmək istəyirdim. Eliyə bilmirdim.

Xətahim Cəfərov - Samux sakini: Asan Xidmətin Səyyar Xidməti Samux şəhərindədi. Buranın əhalisinə xidmət edir. Çox gözəl təşəbbüsdür. Pandemiya dövründə marşrut və avtobusları işləməsi əhaliyə çətinlik yaradırdı ki, getsin, müəyyən sənədlərini sənədləşdirsin. Ancaq bu gün Asan Xidmət buradadır. Bu əhaliyə böyük köməkdir. Mən pasportum üçün gəlmişdim. Vaxtı qurtarıb. Sağ olsunlar bir müddətdə həll etdilər.

Səyyar Asan bu rayonun ardınca oktyabrın 5-dən 19-dək Qazaxda vətəndaşlara xidmət göstərəcək.