KepezTV Player
Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. QMİ-nin məlumatında vurğulanır ki, qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə ehsan verilməsi, yas məclislərinin təşkili və orada din xadimlərinin iştirakına icazə verilmir. Bütün din xadimlərinə bununla bağlı tapşırıq verilib. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa QMİ tərəfindən müvafiq ölçü götürüləcək.
- Baxış: 623