KepezTV Player
190 manat almaq üçün müraciət edən bir çox vətəndaşlar onlara təklif edilən ictimai iş yerlərindən imtina edirlər. Bu da onu göstərir ki, onların çoxunun gəliri var və bundan əlavə gəlir əldə etmək üçün müraciət edirlər. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, Aprel ayında 190 manat vəsaiti alanların may ayında məşğulluq imkanı yaranarsa, onların işsiz şəxsi kimi qeydiyyatı dayandırılacaq. Bu halda həmin şəxslərə may ayı üçün 190 manat ödəniş verilməyəcək.
- Baxış: 410