Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub. Hazırda poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Çin, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Türkiyə də daxil olmaqla, 34 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar "Azərpoçt" MMC-nin azerpost.az saytında yerləşdiriləcək. Hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
- Baxış: 307