• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 23.01.2019 14:30

Samuxda çağırışçı gənclər milli qəhrəmanın ev muzeyi ilə tanış olub

KepezTV Player

Samuxda hərbi xidmətə yollanan gənclər milli qəhrəman Eltun İsgəndərovun məzarını ziyarət eediblər. Əhmədbəyli kənd qəbristanlığında təşiil olunan mərasimdə qəhrəmanın dövlət sərhədlərinin müdafiəsi zamanı göstərdiyi sücaətdən söz açılıb. Eltun İsgəndərovun böyüyüb boya başa çatdığı evdə yaradılan muzeylə tanış olan çağırışçılar milli qəhrəmanın uşaqlıq və məktəb illərinə aid, eləcə də xidməti dövründə çəkilən fotolara baxıb, təltif olunduğu medal və ordenlər eləcə də ölümündən sonra ailəyə təqdim olunan mükafatlar barədə məlumat əldə ediblər. Gənclər muzeyin xatirə kitabına ürək sözlərini də yazıblar.

Vəfadar Mustafayev – çağırışçı: Eltun İsgəndərov və digər şəhidlərimizin ruhu qarşısında söz verirəm ki onun hərbi xidmətdə göstərdiyi bütün qəhrəmanlıqları təkrarlamağa çalışacağam.

Elməddin Namazov – çağırışçı: Bizdə sevinərik ki Eltun kimi igid bir əsgər olaq. Biz bilirik ki Eltun Xalıddin oğlu İsgəndərov Dövlət Sərhəd Ximdətində xidmət aparıb. Bizdə sərhəd xidmətinə düşmüşük. Vətən sərhəddən başladığı üçün bizdə əlimzidən gələni edəcəyik ki Eltun kimi bizimlə də fəxr etsinlər.

Xaləddin İsgəndərov - Milli Qəhrəmanın atası: Çağırışçılarımıza uğurlar arzulayıram. Onuda arzu edirəm ki Eltun kimi dövlətini və vətinini sevsinlər. Gənclərimizə onu tövsiyyə edərdim ki düşməni tapdağı altında olan torpaqlarımızı azad olunmasına hər an hazır olsunlar.

 

Natiq Hüseyn